20/09/2021
11:27
1447
| A A A
Juventus-dan antirekord

Juventus A Seriyasındakı antirekordunu təkrarlayıb.

Goal.az xəbər verir ki, Turin təmsilçisi IV turda Milan-la 1:1 hesablı heç-heçə edib.

Massimiliano Alleqrinin baş məşqçi olduğu komanda ilk 4 oyunda qələbə qazana bilməyib. "Qoca sinyora" 1942/1943, 1955/1956 və 1961/1962 mövsümündə də eyni uğursuzluqla üzləşib.

Qeyd edək ki, Juventus hazırda 4 oyunla 2 xalla 18-ci pillədə qərarlaşıb.