07/11/2019
23:54
714
| A A A
Qarabağ səfərdə məğlub oldu

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulacaq.

Goal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Kipr səfərində APOEL-lə qarşılaşıb.

Qurban Qurbanovun komandası hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Nikosiya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bununla da APOEL xalını 4-ə çatdırıb və şəxsi göstəricidə "Qarabağ"ı üstələyərək 2-ci pilləni ələ keçirib.

Bu, “Qarabağ”ın APOEL-lə  mövsümdə 4-cü oyunudur. Əvvəlcə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 hesabı ilə qalib gələn  Qurban Qurbanovun komandası doğma meydanda 0:2 uduzaraq, tunirlə vidalaşmışdı. Avroliqanın qrupunda Bakıdakı oyunda isə qalib müəyyənləşməyib – 2:2.

A qrupunun digər oyununda “Sevilya” (İspaniya) səfərdə “Düdelanj”la (Lüksemburq) 5:2 hesabı ilə qalib gəlib.

Avropa Liqası

A qrupu

21:55. APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) - 2:1

Qol: Maksim Medvedev, 10 (0:1), Lukas Souza, 59 (1:1), İoannu, 88 (2:1)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39322 səs