14/11/2019
14:53
1148
| A A A
Tiaqo Silva ayın ən yaxşısı oldu

Fransa Liqa 1-də oktyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Goal.az xəbər verir ki, bu, PSG-nin müdafiəçisi Tiaqo Silvadır. Bu barədə Liqa 1-in mətbuat xidməti məlumat yayıb.

35 yaşlı braziliyalı futbolçu oktyabrda 3 oyuna çıxıb və 1 qol vurub.