14/11/2019
15:23
1196
| A A A
İbrahimoviç LA Galaxy-dən ayrılacaq

LA Galaxy klubu futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə imzalamayacaq.

Goal.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, isveçli hücumçunun ilin sonunda komandadan ayrılacağı bildirilib.

2018-ci ilin martından ABŞ-da, MLS təmsilçisində forma geyinən İbrahimoviçin müqaviləsi dekabrın 31-nə qədərdir. 38 yaşlı hücumçunun İtaliyaya qayıdacağı gözlənilir.

İbrahimoviç LA Galaxy ilə bu mövsüm 31 oyuna çıxıb və 31 qol vurub.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1139 səs