13/10/2019
17:26
2718
| A A A
Stadiona Ronaldonun adını verəcəklər

Juventus-un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun adı stadiona veriləcək.

Goal.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Sporting (Lissabon) klubu stadionuna keçmiş futbolçusu Ronaldonun adını verməyi planlaşdırır. Klubun prezidenti Federiko Varandas məsələylə bağlı danışaraq, bunları deyib:

“Ronaldonun adını klubumuzla, stadionumuzla əlaqələndirməkdən qürur duyarıq. Aşağı yaş komandalarının yerləşdiyi binanın divarlarında Ronaldoya aid bir çox məlumat, şəkil var. Stadiona da onun adını vermək bizi daha da qürurlandırar. O, bütün dövrlərin ən yaxşı portuqaliyalı futbolçusu və tarixin ən yaxşı idmançılarından biridir”.

Portuqaliya təmsilçisinin stadionun adını dəyişmək üçün Ronaldonun karyerasını bitirməsini gözlədiyi bildirilir.

Sporting-in yetirməsi olan və peşəkar karyerasına bu klubda başlayan Ronaldo, 2002-2003-cü illərdə bu komandanın şərəfini qoruyub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39907 səs