04/06/2020
19:37
1443
| A A A
Rakitiç keçmiş klubuna qayıdır?

Barcelona-nın yarımmüdafiəçisi İvan Rakitiç Sevilla-ya qayıda bilər.

Goal.az xəbər verir ki, Sevilla Rakitiçin xidmətində maraqlıdı. Lakin xorvatiyalının Barcelona ilə olan müqaviləsinin 2021-ci ilə kimi nəzərdə tutulması "əndəluslar"ın işini çətinləşdirir.

Sevilla bu yay transferi reallaşdırmaq üçün 15-20 milyon avro ödəməli olacaq. Bu məbləğ rəhbərliyi qane etmir. Bununla belə, Rakitiç keçmiş klubunun işini asanlaşdırmaq üçün məvacibində endirim etməyə hazırdı.

32 yaşlı futbolçu 2011-2014-cü illər aralığında Sevilla-da çıxış edib və 149 matçda 32 qol, 41 məhsuldar ötürmə ilə yadda qalıb. (fanat)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
9052 səs