06/06/2020
12:53
481
| A A A
FIFA Superliqa klubuna transfer qadağası qoydu

FIFA Türkiyənin "Ankaragücü” klubunu cəzalandırıb.

Goal.az xəbər verir ki, ali futbol qurumu Superliqa təmsilçisinə 3 "transfer pəncərəsi”ndə heyətinə futbolçu qatmağı qadağan edib.

Buna səbəb Ankara klubunun ötən mövsüm müqaviləsini təktərəfli ləğv edən fransalı müdafiəçi Toma Ertoya olan 2 milyon 295 min avroluq borcunu ödəməməsidir. Ankaralıların eyni zamanda yarımmüdafiəçi Alessio Çerçiyə də borcunu (1,6 milyon avro) ödəmədiyi müəyyənləşib.

Qeyd edək ki, bundan əvvəl UEFA "Trabzonspor”u bir il müddətinə avrokuboklardan kənarlaşdırıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8883 səs