11/03/2023
11:19
37194
| A A A
Neymar əməliyyat olunub

Braziliya millisinin və Fransanın PSG klubunun futbolçusu Neymar əməliyyat olunub.

Goal.az xəbər verir ki, 31 yaşlı hücumçu Qətərin paytaxtı Dohada xəstəxanaların birində cərrahi müdaxiləyə ehtiyac duyub.

Forvardın 3-4 aydan sonra məşqlərə başlayacağı bildirilib. O, fevralın 19-da Lille-ə 4:3 hesabı ilə qalib gəldikləri Liqa 1-in XXIV tur matçında əzələsindən zədələnmişdi.

Qeyd edək ki, Neymar cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində keçirdiyi 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə verib. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI