Milli komanda Avstriyada darmadağın olundu
Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində ilk oyununa çıxıb.
Goal.az xəbər verir ki, yığmamız Avstriyanın qonağı olub. Linzdəki “Raiffeisen Arena”da keçirilən meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər matçında İsveç Belçikanı qəbul edib. Bu oyunda qonaqlar 3 cavabsız qolla qalib gəlib. Romelu Lukaku het-trik edib.
Qeyd edək ki, millimiz Avro-2024-ün seçmə mərhələsində 2-ci oyununu martın 27-i İsveçə qarşı keçirəcək.
Xatırladaq ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda bundan əvvəlki 5 qarşılaşmada qalib gəlmişdi.
Avstriya - Azərbaycan - 4:1
Qollar: Marsel Sabitzer, 28 (1:0), Mixael Qriqoriç, 29 (2:0), Marsel Sabitzer, 50 (3:0), Emin Mahmudov, 64 (3:1), Kristof Baumqartner, 69 (4:1)