31/07/2019
11:18
1543
| A A A
Bundesliqa klubundan baş məşqçi ilə yeni müqavilə

Werder klubu baş məşqçi Florian Kohfeldtlə bağlı qərarını açıqlayıb.

Goal.az xəbər verir ki, Bundesliqa təmsilçisi 36 yaşlı mütəxəssislə müqavilənin müddətini uzadıb.

Bu barədə Bremen klubunun rəsmi saytı məlumat yayıb. Yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədərdi. Əvvəlki müqavilənin müddəti isə 2021-ci ildə başa çatacaqdı.

Kohfeldt 2017-ci ilin oktyabr ayından bəri Werder-i çalışdırır. Bremen təmsilçisi onun rəhbərliyi altında geridə qalan mövsümdə Bundesliqada 8-ci yeri tutub, həmçinin Almaniya Kubokunda yarımfinala qədər irəliləyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40025 səs