24/08/2019
18:31
3934
| A A A
Yarım əsrlik rekord qırıldı

Dortmund Borussia-sının 19 yaşlı hücumçusu Ceydon Şanço Bundesliqada rekorda imza atıb.

Bundesliqa tarixində 15 qol vuran ən gənc oyunçu siyahısında C.Sanço birinci yerə çıxıb. O, buna dünən Bundesliqanın 2-ci turunda keçirilən Koln –Borussia (1:3) matçında vurduğu 1 qolla nail olub.

Bu nəticə ilə ingilis futbolçu Bundesliqada 1967-ci ildə Shtuttgart-ın futbolçusu Horst Keppelə (19 yaş 185 gün) məxsus olan rekordunu təzələyib. Sanço bu uğura 19 yaş 151 günlüyündə yiyələnib. 

Qeyd edək ki, Sanço 2017/18 mövsümündə 1, ötən mömsüm 12, bu mövsüm isə 2 qol vurub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12707 səs