18/10/2019
18:25
816
| A A A
Bundesliqa klubunda yeni müqavilə

Almaniyanın Bayer Leverkusen klubu yarımmüdafiəçisi Yulian Baumqartlingerlə müqavilənin müddətini uzadıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı avstriyalı futbolçu ilə yeni müqavilənin müddəti 2021-ci ilin yayında başa çatacaq. Əvvəlki müqavilə isə bu mövsümün sonuna qədər idi.

Almaniyanın 1860 Münhen klubunun yetirməsi olan, Vyana Austriya-sının da şərəfini qoruyan Baumqartlinger Bayer-ə 2016-cı ildə Maintz-dan transfer olunub. O, bu komandada 65 oyun keçirib, 1 qol vurub.

2009-cu ildən Avstriya yığmasına dəvət alan yarımmüdafiəçi millidə də 63 oyuna 1 dəfə fərqlənib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39279 səs