21/10/2019
10:32
1047
| A A A
Levandovski Obameyanqa çatdı

Bayern Munich Almaniya Bundesliqasının 8-ci turunda Augsburg-la məhsuldar heç-heçəyə razılaşıb – 2:2.

Goal.az xəbər verir ki, qarşılaşma Münhen təmsilçisinin futbolçusu Robert Levandovski üçün əlamətdar olub.

Belə ki, polşalı hücumçu Bundesliqada ardıcıl 8-ci turda da fərqlənməyi bacarıb. O, bununla da Borussia Dortmund-un sabiq futbolçusu Pyer-Emerik Obameyanqın rekorduna şərik olub.

Levandovski növbəti turda da qol vursa, qabonlu hücumçunun rekordunu yeniləyəcək.

Qeyd edək ki, Bayern 9-cu tur çərçivəsində öz meydanında Union-u qəbul edəcək. Oyun oktyabrın 26-da keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39281 səs