04/11/2019
09:45
2808
| A A A
Kovaç istefaya göndərildi - RƏSMİ

Bayern Munich baş məşqçi Niko Kovaçı istefaya göndərib.

Goal.az xəbər verir ki, müqavilə ikitərəfli razılıq əsasında pozulub. Klub iş üçün mütəxəssisə təşəkkür edib və ona gələcək karyerasında müvəffəqiyyətlər arzulayıb.

Qeyd edilir ki, komandanı ən yaxın matçlarda Kovaçın köməkçisi Hans Flik hazırlayacaq.

Bayern 18 xalla Bundesliqanın yarış cədvəlində dördüncü yeri tutur.

Komanda Kovaçın rəhbərliyi altında Almaniya çempionu olub. Klub eləcə də onun rəhbərliyi ilə Milli Kubok və Superkuboka yiyələnib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39281 səs