04/11/2019
11:14
2824
| A A A
Müller Bayern-in tarixinə keçdi

Bayern Münich Almaniya Bundesliqasının 10-cu turunda Eintracht-a məğlub olub – 1:5.

Goal.az xəbər verir ki, sözügedən qarşılaşma Münhen təmsilçisinin futbolçusu Tomas Müller üçün əlamətdar olub.

Belə ki, Frankfurt təmsilçisi ilə görüş Müllerin Bayern-də 500-cü oyunu olub. O, oyun sayına görə keçmiş komanda yoldaşı Bastian Şvaynştaygerə çatıb. Müller “Bavariya”nın klub tarixində ən çox matç keçirən 10-cu futbolçu olub.

Qeyd edək ki, Bayern-in yetirməsi olan 30 yaşlı hücumçunun müqaviləsi 2021-ci ilə qədərdir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5362 səs