16/11/2019
14:44
4364
| A A A
Bayern Münich-in yeni baş məşqçisi bilindi - RƏSMİ

Bayern Münich-Niko Kovaçın istefasından sonra yeni baş məşqçinin adı açıqlanıb.

Goal.az xəbər verir ki, Münhen təmsilçisini Hansi Flik çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, daha əvvəl Bayern-də köməkçi məşqçi olan Flikin qış fasiləsinə qədər komandada baş məşqçilik edəcəyi bildirilir.

Flik Niko Kovaçın istefasından sonra müvəqqəti olaraq komandaya baş məşqçilik edirdi. Bayern 54 yaşlı mütəxəssisin rəhbərliyi ilə çıxdığı 2 oyunda da qələbə qazanıb. Münhen təmsilçisi bu matçlarda Borussia Dortmund-u 4:0, Olympiacos-u isə 2:0 hesabıyla məğlub edib.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1017 səs