15/02/2020
10:55
1823
| A A A
Bundesliqada ayın ən yaxşısı müəyyənləşdi

Almaniya Bundesliqasında yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, bu, Borussia Dortmund-un hücumçusu Erlinq Halolanddır.

Bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb. Norveçli hücumçu Borussia-ya yanvarın 18-də transfer olunsa da, qısa müddət ərzində bu komandanın heyətində özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb. Belə ki, Almaniya çempionatında 4 oyuna çıxan gənc forvard 7 qola, 1 məhsuldar ötürməyə imza atıb.