23/02/2020
13:52
2679
| A A A
Holand Bundesliqanın tarixinə keçdi

Almaniya Bundesliqasının 23-cü turu çərçivəsində keçirilən Werder – Borussia Dortmund oyunu qonaqların hücumçusu Erlinq Holand üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, gənc hücumçu bu oyunda da fərqlənməklə, Borussia-da vurduğu qolların sayını 9-a çatdırıb.

İsveçli hücumçu bununla Bundesliqada yeni rekord müəyyənləşdirib. Belə ki, o, Almaniya çempionatında keçirdiyi ilk altı oyunda azı 9 qol vurmağı bacaran ilk futbolçuya çevrilib. Holand Borussia-ya qış fasiləsində qoşulub və yanvardan bəri yeni komandasında demək olar ki, meydana çıxdığı hər oyunda qol vurur.

Qeyd edək ki, Werder – Borussia matçı qonaqların 2:0 hesablı qələbəsiylə yekunlaşıb.