16/05/2020
15:29
321
| A A A
Baş məşqçilər oyun vaxtı maska taxmayacaq

Almaniya Klublar Birliyi baş məşqçilərin Bundesliqada matç zamanı maska taxmaq zəruriliyini aradan qaldırıb.

Goal.az xəbər verir ki, bu barədə qurumun direktoru Ansgar Şvenken məlumat verib.

O, görüş ərzində məşqçilər arasında məsafənin yetərli olduğunu bildirib. Qurum rəsmisi deyib ki, məşqçilərin maska taxması təlimat vermək kimi vəzifələrini məhdudlaşdırır.

A.Şvenken ehtiyat oyunçular skamyasında oturan şəxslərin isə ağız və burunlarını bağlamalı olduqlarını söyləyib. Almaniya Bundesliqasında bu mövsüm sabahdan bərpa olunacaq.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5353 səs