01/06/2020
17:27
2476
| A A A
Sanço Messi və Ronaldunun göstəricisini təkrarladı

Borussia Dortmund-un vingeri Ceydon Sanço Bundesliqanın 29-cu turu çərçivəsində Paderborn-la oynanılan görüşdə (6:1) het-trik edib.

Cari mövsümdə Bundesliqada 27 matçda meydana çıxan Sançonun aktivində 17 qol, 16 məhsuldar ötürmə var.

Goal.az xəbər verir ki, 20 yaşlı oyunçu 2006-07 mövsümündən bəri Avropanın TOP-5 çempionatlarında minimum 15 qol, 15 assistlə oynayan beşinci futbolçudur. Daha əvvəl Lionel Messi (4 dəfə), Eden Hazard (2 dəfə), Kriştiano Ronaldo və Luis Suarez bənzər göstəriciyə imza atmışdılar. (fanat)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18338 səs