25/09/2020
23:24
2472
| A A A
Müller rekorda imza atdı

Bayern Münich UEFA superkuboku matçında Sevilla-ya 2:1 hesabı ilə qalib gəlib.

Goal.az xəbər verir ki, bu qələbə münhenlilərin futbolçusu Tomas Müller üçün əlamətdar olub. Superkuboku başı üzərinə qaldıran Müller, Almaniya futbol tarixində ən çox titul qazanan iki futbolçudan biri olub. Karyerası ərzində 26 kubok qazanan 31 yaşlı futbolçu, bu göstəricidə keçmiş komanda yoldaşı Bastian Şvaynştaygerə çatıb. Hər iki oyunçu ən çox titul qazanan almaniyalı futbolçu ünvanına sahibdir.

Bayern bir neçə gün sonra Borussia Dortmund ilə keçiriləcək Almaniya superkuboku uğrunda oyundan qalib ayrılsa, Müller bu göstəricidə rekordçu olacaq.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9810 səs