25/10/2020
13:49
1602
| A A A
Levandovskidən Bundesliqada yeni rekord

Bayern Münich-in hücumçusu Robert Levandovski Almaniya Bundesliqasında yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, polşalı futbolçu ilk 5 turda 10 qol vurmaqla çempionatın tarixinə düşüb.

İndiyədək heç bir futbolçu startda belə məhsuldar olmayıb. Robert buna 5-ci turun Eintracht-la görüşündə (5:0) het-trik müəllifi olaraq imza atıb.

Polşalı Bundesliqada 11-ci dəfə het-trik edib. O, bu göstəricidə turnirin 4-cü oyunçusudur. Yalnız üç futbolçu Levandovskidən daha çox het-trik edib. Əfsanəvi Herd Müller əlçatmazdır – 32 dəfə. Klaus Fişer və Mario Qomesin aktivində isə 12 het-trik var.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21641 səs