14/03/2021
18:51
1053
| A A A
Levandovskidən uğurlu göstərici

Bayern Münich Almaniya Bundesliqasının 25-ci turunda səfərdə Werder-i məğlub edib – 3:1.

Goal.az xəbər verir ki, sözügedən qarşılaşmada komandasının sonuncu qolunu vuran Robert Levandovski yeni uğura imza atıb. Polşalı hücumçu Bundesliqadakı qollarının sayını 268-ə çatdıraraq, turnir tarixinin bombardirləri siyahısında ikinci pilləyə şərik olub.

Bundesliqa tarixinin bombardiri 365 qolla Herd Müllerdir. İkinci sırada isə Klaus Fişer və Robert Levandovski qərarlaşıb (268).

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11288 səs