12/04/2021
13:33
607
| A A A
Bundesliqada məşqçi istefası

Köln baş məşqçisi Markus Qizdolla yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rəhbərlik 28-ci turda Mainz-a məğlubiyyətdən sonra (2:3) belə qərar verib.

Köln 51 yaşlı mütəxəssisin baş məşqçiliyi altında son 8 matçda qələbə qazana bilməyib. Bu görüşlərdən 6-sı məğlubiyyət, 2-si heç-heçə ilə başa çatıb. Köln hazırda Bundesliqanın turnir cədvəlində 23 xalla 17-ci yerdədir.

Qeyd edək ki, Qizdol 2019-cu ilin noyabr ayından Almaniya təmsilçisini çalışdırır.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11287 səs