17/04/2021
12:21
886
| A A A
Bundesliqa klubu karantinə alındı

Hertha Berlin komandası tam tərkibdə karantinə alınıb.

Goal.az xəbər verir ki, buna Pal Dardai, onun köməkçisi Admir Hamzagiç, futbolçular Dodi Lükebakio və Marvin Plattenhardtın koronavirusa yoluxmaları səbəb olub.

Bild nəşrinin yaydığı məlumata görə, yerli hakimiyyət orqanlarının bu qərara israr etdiyi bildirilib. Bu, Bundesliqada 4 müsbət test üzündən bütün komandanın təcrid olunduğu ilk haldır.

Qeyd edək ki, Hertha Bundesliqada Mainz, Freiburg və Schalke ilə matçları buraxacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs