24/04/2021
14:26
650
| A A A
Schalke-nin futbolçuları son 4 turda oynamaq istəmir

Schalke-nin futbolçuları Bundesliqanın son 4 turunda meydana çıxmaq istəmirlər.

Goal.az xəbər verir ki, buna komandanın ikinci Bundesliqaya yuvarlanmasından sonra baş verənlər səbəb olub.

Schalke son turda Arminia-ya uduzmaqla 33 ildən sonra elita ilə vidalaşmaq məcburiyyətində qalıb. Lakin bu, klub azarkeşlərinin böyük qəzəbinə səbəb olub. Onlar həmin görüşdən sonra futbolçulara hücum ediblər. Bu hadisədən təsirlənən futbolçular isə qalan 4 turda meydana çıxmaq istəmirlər.

Klubun İdarə Heyətinin üzvü Peter Knaebel açıqlamasında futbolçuların son 4 turda oynayıb-oynamayacağına özlərinin qərar verəcəyini deyib: “Bir futbolçu artıq yerdə qalan 4 matça çıxmaq istəmirsə, bunu anlaya bilərəm. Belə şeylər qanuni yollarla olduğu müddətdə hər bir qərara hörmət edirəm”.

Qeyd edək ki, Schalke tarixi ərzində daha əvvəl 3 dəfə (1981-ci il, 1983-cü il, 1988-ci il) aşağı liqaya yuvarlanıb. (matc)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs