29/04/2021
13:56
1036
| A A A
Leipzig-in yeni baş məşqçisi bilindi

Leipzig yeni baş məşqçisinin adını açıqlayıb.

Goal.az xəbər verir ki, Bundesliqa təmsilçisini bu mövsüm başa çatdıqdan sonra Salzburg-un baş məşqçisi Cessi Marş çalışdıracaq. Amerikalı mütəxəssislə 2023-cü ilin iyununa kimi müqavilə imzalanıb. O, iyulda Bayern Münich-ə keçəcək Yulian Naqelsmannı əvəzləyəcək.

Qeyd edək ki, Marş 2019-cu ildən Salzburg-da işləyir. 47 yaşlı mütəxəssis bundan əvvəl Leipzig-ə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs