30/04/2021
14:26
1539
| A A A
Borussia Dortmund-un ulduz futbolçusu karyerasını bitirdi

Polşa millisinin sabiq üzvü, hazırda Almaniyanın Borussia Dortmund-da forma geyinən Lukaş Pişek karyerasını başa vurub.

Goal.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Polşalı müdafiəçi 35 yaşında futbolla vidalaşıb. Təcrübəli oyunçu əslində karyerasını ötən mövsüm bitirmək istəsə də, sonradan klubun 1 illik yeni müqavilə təklifini qəbul etmişdi. O, bu mövsüm Bundesliqada cəmi 9 oyunda iştirak edib.

Pişek yayda atasının vitse-prezident olduğu Polşanın Goczalkowise klubuna qayıdacaq və fəaliyyətini 2019-cu ildə açdığı futbol akademiyasında davam etdirəcək.

Qeyd edək ki, Polşa millisinin heyətində 66 oyun keçirmiş Pişek 3 qol vurub. O, 2010-cu ildən Borussia-nın uğurları üçün çalışırdı.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs