07/05/2021
15:29
1321
| A A A
Borussia Dortmund-da yeni müqavilə

Borussia Dortmund futbolçusu Feliks Passlakla müqaviləni yeniləyib.

Goal.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədərdir. Bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Passlak 2016-cı ildən Borussia-da çıxış edir. Alman müdafiəçi bu mövsüm Bundesliqada 6 oyuna çıxıb.

Passlakın əvvəlki müqaviləsi yaya qədər idi.