07/05/2021
22:46
1923
| A A A
Raul Qonzalez məşhur klubu çalışdıra bilər

İspaniya millisinin sabiq üzvü Raul Qonzalez Eintracht Frankfurt-u çalışdıra bilər.

Goal.az xəbər verir ki, Almaniya klubunun rəhbərliyi artıq Real Castilla-nın baş məşqçisi ilə əlaqə saxlayıb. Raulun Eintracht-ın təklifinə müsbət reaksiya verdiyi bildirilib.

Qeyd edək ki, Eintracht-ın hazırkı çalışdırıcısı Adi Hütter yeni mövsümdən Borussia Monchengladbach işləyəcək.