12/05/2021
11:26
1912
| A A A
Leipzig-də yeni müqavilə

Leipzig klubu futbolçusu Amadu Haydaranın müqaviləsini yeniləyib.

Goal.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir.

Mali milli komandasının da üzvü olan Haydara 2019-cu ilin yanvarından Leipzig-də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 29 oyuna çıxıb.