12/05/2021
20:47
1393
| A A A
Leipzig-də yeni müqavilə

Leipzig futbolçusu Emil Forsberqlə yeni müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, isveçli yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, Forsberq 2015-ci ildən Bundesliqa təmsilçisində oynayır. 29 yaşlı oyunçu indiyə kimi meydana çıxdığı 211 matçda 47 qol vurub, 56 qolun ötürməsini verib.