17/05/2021
14:29
944
| A A A
Almaniya Futbol İttifaqının prezidenti istefa verdi

Almaniya Futbol İttifaqının (DFB) prezidenti Frits Keller istefa verib.

Goal.az xəbər verir ki, 64 yaşlı funksioner aprelin 23-də təşkilatın rəyasət heyətinin iclasında baş verən qalmaqalın fonunda vəzifəsindən ayrılıb.

İclas zamanı Keller DFB vitse-prezidenti Rayner Koxu Nasist Xalq Tribunalının sədri Roland Freyslerlə müqayisə edib. Bundan sonra Keller həmkarından üzr istəyib, lakin Kox onun üzrünü qəbul etməyib.

Keller vida açıqlamasında hadisəyə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd edib. O, istefasını xoşagəlməz vəziyyətdən çıxış yolu adlandırıb.