19/05/2021
13:26
1321
| A A A
Kloze Bayern Münich-dən ayrılır

Bayern Münich-in məşqçisi Miroslav Klozenin yayda klubunu tərk edəcəyi dəqiqləşib.

Goal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis müddəti bitən müqaviləsini yeniləməyib.

Bundan əvvəl isə Klozenin Almaniya 2-ci Bundesliqasında çıxış edən Fortuna-ya baş məşqçi təyin olunacağı haqda xəbərlər yayılıb.

Qeyd edək ki, Kloze 2020-ci ilin yayından Bayern-də məşqçilik edirdi. O, baş məşqçi Hans-Diter Flikin köməkçilərindən idi.