20/05/2021
21:55
5531
| A A A
Leipzig-də yeni müqavilə

Leipzig klubu futbolçusu Dominik Soboslainin müqaviləsini yeniləyib.

Goal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Soboslai 2021-ci ilin yanvarından Leipzig-də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 12 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.