21/05/2021
19:23
2925
| A A A
Schalke 10 futbolçusu ilə yollarını ayırdı

Almaniya Bundesliqasını tərk edəcəyi dəqiqləşən Schalke-də 10 futbolçu ilə yollar ayrılıb.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 10 futbolçu və 3 klub işçisi ilə yolların ayrıldığı bildirilib.

Schalke-də futbolçulardan Benjamin Stambuli, Bastian Oçipka, Stiven Skribski, Şkodran Mustafi, Alessandro Şöpf, Nabil Bentaleb, Vilyam, Qonsale Pasiensa, Frederik Rönnov və Kilian Ludeviqlə yollar ayrılıb.

Schalke Bundesliqada sona bir tur qalmış 18-ci sıradadır. Komandanın elitanı tərk edəcəyi bir neçə tur əvvəldən dəqiqləşib.