23/05/2021
12:54
1830
| A A A
Levandovski tarixi rekorda imza atdı

Bayern Münich-in futbolçusu Robert Levandovski tarixi rekorda imza atıb.

Goal.az xəbər verir ki, 32 yaşlı hücumçu buna Bundesliqanın son turunda Augsburg-la matçda (5:2) fərqlənməklə nail olub. O, cari mövsüm yarışda vurduğu qolların sayını 41-ə çatdırıb. Beləliklə, Polşalı oyunçu Qerd Mülleri geridə qoyaraq (40 qol) Bundesliqada yeni rekord müəyyənləşdirib.

Qeyd edək ki, Levandovski bu mövsüm Bundesliqada 29 matç keçirib.