24/05/2021
18:27
1842
| A A A
Türkiyə millisinin üzvü Almaniya klubundan ayrıldı

Türkiyəli futbolçu Kenan Karaman Almaniyanın Fortuna klubundan ayrılıb.

Goal.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu tvitter hesabında məlumat yayıb. O, 2018-ci ildən çıxış etdiyi Fortuna-dan ayrıldığını açıqlayıb.

Son mövsümdə Düsseldorf təmsilçisi ilə 2-ci Bundesliqada 28 oyunda 7 qol vuran Kenanla Türkiyənin Galatasaray klubu maraqlanır.

Kenan Karaman Türkiyə milli komandasına da dəvət alır.