25/05/2021
15:59
2376
| A A A
Holand rekorda imza atdı

Borussia Dortmund-un hücumçusu Erlinq Holand Almaniya Bundesliqasında yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, norveçli futbolçu buna mövsümün sonuncu – 34-cü turu çərçivəsində baş tutan Bayer Leverkusen-lə ev oyununda nail olub.

Komandasının 3:1 hesabıyla qalib gəldiyi görüşdə Erlinq dublla yadda qalıb. Bununla da o, Bundesliqada vurduğu qolların sayını 40-a çatdırıb. Norveç millisinin forvardı Almaniya çempionatında 40 qol vurmağı bacaran ən gənc (20 yaş, 305 gün) futbolçu ünvanına sahib çıxıb.

Holand Bundesliqanın 2020/21 mövsümündə 27 qol vurub. O, ikinci olan Eintracht-ın hücumçusu Andre Silvadan (28) cəmi bir qol az vurub. Ən yaxşı bombardir isə Almaniya çempionatları tarixində bir mövsümdə vurulan qolların sayına görə rekord müəyyənləşdirən Robert Levandovski olub. Bayern-nin hücumçusu bu mövsüm 41 qola imza atıb.