04/06/2021
11:55
1630
| A A A
Ulduz futbolçular Schalke-dən ayrıldılar

Schalke klubu iki futbolçusunun komandadan ayrıldığını açıqlayıb.

Goal.az xəbər verir ki, bunlar hücumçu Klas-Yan Huntelar və müdafiəçi Sead Kolaşinaçdır. Sonuncu müqavilə ilə məxsus olduğu Arsenal-a qayıdıb.

Hər iki futbolçu bu ilin yanvarında Schalke-yə keçmişdi. Huntelar daha əvvəl də (2010-2017) Almaniya klubunda çıxış edib. 37 yaşlı Hunteların karyerasını başa vuracağı gözlənilir.

Qeyd edək ki, Schalke yeni mövsümdən 2-ci Bundesliqada çıxış edəcək.