07/06/2021
22:22
1250
| A A A
Sabiq Fenerbahçe-li alman klubunda

Almaniyanın Stuttgart klubu heyətinə türk futbolçu cəlb edib.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bundesliqa təmsilçisi Ömər Faruk Beyazı heyətinə qatıb. 17 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalayıb.

Qeyd edək ki, Türkiyənin U-21 yığmasının üzvü olan Ömər Fenerbahçe-də çıxış edib. O, Stuttgart-a azad agent kimi keçib.