13/08/2021
13:23
1778
| A A A
Bayern Münich-də ağır itki

Bayern Münich-in müdafiəçisi Benjamin Pavar yeni mövsümün əvvəlində komandasına kömək edə bilməyəcək.

Goal.az xəbər verir ki, 25 yaşlı oyunçu ayaq biləyindən zədə alıb. Onun sağalması üçün təxminən 3-4 həftə lazım olacaq.

Qeyd edək ki, Pavar ötən mövsüm 36 matçda 1 qol vurub və 2 qolun ötürməsini verib.