15/08/2021
19:36
3440
| A A A
Levandovskidən rekord göstərici

Bayern Münich Almaniya Bundesliqasında yeni mövsümün ilk turunda Borussia Monchengladbach ilə heç-heçə edib.

Goal.az xəbər verir ki, 1:1 hesabıyla bitən matçda Münhen təmsilçisinin yeganə qolunu vuran Robert Levandovski yeni rekorda imza atıb.

Belə ki, polşalı hücumçu Bundesliqada ardıcıl 7-ci mövsümdə ilk turda fərqlənməyi bacarıb. Bu, turnir üçün rekord göstəricidir.