19/08/2021
17:48
1748
| A A A
Bayern Münich-də ağır itki

Bayern Münich-in qapıçısı Manuel Noyer Almaniya superkubokunda Borussia Dortmund ilə matçda (3:1) zədələnib.

Goal.az xəbər verir ki, bu barədə jurnalist Kristian Falk məlumat verib. Bildirilib ki, 35 yaşlı qolkiperin ayaq biləyində zədə aşkarlanıb. Bu səbəbdən o, komandanın bugünkü məşqini buraxıb.

Noyerin Münhen təmsilçisinin Bundesliqada avqustun 22-i keçiriləcək Köln-lə matçı buraxmasının mümkün olduğu vurğulanıb.