17/09/2021
19:37
1776
| A A A
Bayern Münich-in futbolçusu ürəyindən əməliyyat olunub

Bayern Münich-in futbolçusu Kinqsli Koman ürəyindən əməliyyat olunub.

Goal.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Yulian Nagelsman klubun rəsmi saytına açıqlamasında bildirib.

O, fransalı oyunçunun ürəyində kiçik problemlərin olduğunu söyləyib: "Bəzən nəfəs almaqda çətinlik çəkirdi. Bu səbəbdən, əməliyyata ehtiyac duyulub. Koman komandadan təxminən 2 həftə kənar qalacaq".

Qeyd edək ki, Kinqsli Koman cari mövsüm 4 matçda meydana çıxıb.