22/05/2022
10:45
2403
| A A A
Almaniya kubokunun qalibi müəyyənləşib

Almaniya kubokunun qalibi müəyyənləşib.

Goal.az xəbər verir ki, həlledici oyunda Leipzig və Freiburg komandaları üz-üzə gəlib.

Berlindəki Olimpiya stadionunda baş tutan qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə bitib. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Leipzig tarixində ilk dəfə Almaniya kubokunun qalibi olub.

Almaniya kuboku, final

21 may

Freiburg– Leipzig 1:1 (penaltilər 2:4)

Eqqeştayn 19

Nkunku 76.