02/09/2022
11:24
789
| A A A
Leipzig-də yeni müqavilə

Leipzig-in müdafiəçisi Yoşko Qvardiol klubla müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb.

Goal.az xəbər verir ki, bu barədə Almaniya komandasının mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl Chelsea-nin Qvardiol üçün 90 milyon avro təklif etdiyi bildirilib.

Xatırladaq ki, Qvardiol 2021-ci ilin yayından Leipzig-də çıxış edir. O, komandanın heyətində 50 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.