05/09/2022
10:43
902
| A A A
Freiburg-da ağır zədə

Freiburg-un futbolçusu Roland Şallai Almaniya Bundesliqasında V turun Bayer Leverkusen-ə qarşı səfər oyununda ağır zədə alıb.

Goal.az xəbər verir ki, 9-cu dəqiqədə meydan sahiblərinin müdafiəçisi Conatan Tah oyun epizodunda butsunun alt hissəsi ilə Şallainin sifətinə zərbə vurub.

Nəticədə macarıstanlı yarımmüdafiəçinin gözü şişib. 5 dəqiqəyədək ilkin tibbi yardım aldıqdan sonra meydanı xərəkdə tərk edən 24 yaşlı futbolçunu U Yon Çen əvəzləyib. (report)