18/09/2022
15:50
1243
| A A A
Marko Roysun durumuna aydınlıq gəldi

Borussia Dortmund-un hücumçusu Marko Roysun durumuna aydınlıq gəlib.

Goal.az xəbər verir ki, Schalke-yə qarşı Bundesliqa matçında (1:0) topuğundan xəsarət alan 33 yaşlı futbolçunun zədəsi o qədər də ciddi deyil. Təcrübəli forvardın 3 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir.

Almaniya millisinin üzvünün Qətərdə keçiriləcək dünya çempionatını buraxmaq riski yoxdur.r