02/10/2022
13:25
1939
| A A A
Vernerdən rekord göstərici

Almaniya millisinin futbolçusu Timo Verner Leipzig-in tarixinə düşüb.

Goal.az xəbər verir ki, 26 yaşlı hücumçu buna Bochum-u 4:0 hesabı ilə məğlub etdikləri Bundesliqanın VIII tur oyununda nail olub.

Qarşılaşmada dubla imza atan forvard komandanın heyətində 100 qol həddini aşan ilk oyunçu olub.

Qeyd edək ki, Timo Verner avqustun əvvəlində Chelsea-dən Bundesliqa təmsilçisinə qayıdıb. Hücumçu 2016 - 2020-ci illərdə də Leipzig-in formasını geyinib.